AZ

Türkiyənin 17 vilayətində PKK-ya aid 65 nəfər saxlanılıb

Türkiyənin 17 vilayətində terrorçu Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqədə şübhəli bilinən 65 nəfər saxlanılıb. Vətəninfo.az xəbər verir ki ,  bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya X sosial şəbəkəsində məlumat verib.

Yanvarın 3-də Türkiyə polisinin həftə ərzində İŞİD terror qruplaşmasının fəaliyyətində iştirakda şübhəli bilinərək 42 nəfəri saxladığı bildirilib.

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, son bir ildə respublikada 3 mindən çox insan İŞİD-lə əlaqədə şübhəli bilinərək saxlanılıb.

Seçilən
38
veteninfo.az

1Mənbələr