AZ

Zibillikdən tapılan XƏZİNƏ: Məhvə məhkum edilmiş BÖYÜK KİTABIN TALEYİ – FOTO

Osmanlının çöküşü dönəmində, daha da konkretləşdirsək, 1913-cü ildə paytaxt İstanbulun şəhər zibilliyində 2-ci əl kitab satışından qəpik-quruş qazanaraq ailəsini dolandıran Burhan adlı bir kişi eşələnirdi. Məqsədi, evlərdə o qədər də tapılmayan, tapılanda da zibilliyə atılan köhnə kitabları arayıb-tapmaq, aparıb savadı olan müştərilərə 5-10 lirəyə satmaq idi.

Axşama yaxın Burhan əfəndi nəfis şəkildə tərtib olunmuş və babat vəziyyətdə qalmış bir kitab tapdı. Götürüb əlindəki cında ilə ora-burasını sildi, üfürüb təmizlədi. Kitabı aralayıb 1-ci səhifədəki tarixinə baxdı və caşıb qaldı. Kitab çox qədim idi. Bu, Burhan əfəndini çox sevindirdi, yorğunluğu yadından çıxdı. Kitabın adını oxudu: “Kitabi lüğət-it-Türk”. Tanış gəlmədi. Çox kitablar görsə də, bu adda kitab birinci dəfə idi ki, rastına çıxırdı.

Zibillikdən tapılan XƏZİNƏ: <span style=color:red>Məhvə məhkum edilmiş BÖYÜK KİTABIN TALEYİ - FOTO

Hər halda, onun üçün maraqlı olan kitabın qədimliyi idi. Sevincək kitabı evə gətirdi. Biz az ora-burasını yenidən yaxşı-yaxşı təmizləyib, kimə satacağı haqqında xeyli fikirləşdiyindən, gecə gözünə yuxu da getmədi. Səhər o başdan durub, kitabı səliqə ilə parçaya bükdü, qoltuğuna vurub birbaşa Maarif Nazirliyinin qapısına getdi. Fikirləşirdi ki, bu kitab dövlətin hansısa bir işinə yarayar və baha qiymətə alarlar.

Xeyli gözlədikdən sonra onu içəri buraxdılar. Kitabı göstərib, buna 30 lirə qızıl istədiyini bildirdi. Kişini lağa qoyub, xeyli güldülər, dedilər ki, o qədər pula bir kitabxana almaq olar. Xülasə, kişini suyu süzülmüş yola saldılar. Burhan əfəndi bu kitabı şəhərin çox yerində gəzdirdi, alan olmadı. Günlər keçdi, nəhayət bu kitab haqqında eşidən Əli Əmirli adlı şık geyimli, ziyalı bir kişi soraqlaya-soraqlaya gəlib Burhan əfəndini tapdı.

Zibillikdən tapılan XƏZİNƏ: <span style=color:red>Məhvə məhkum edilmiş BÖYÜK KİTABIN TALEYİ - FOTO

Kitabı götürüb oxuduqca heyrətini gizlədə bilmədi! Kitabı almaq istədiyini bildirdi və sevincindən gözləri yaşarmış halda bu kitabın çox qiymətli olduğunu dilindən qaçırdı. Burhan əfəndi də fürsəti bada verməyib, elə 30 qızıl lirədən başladı. Bayaqdan sevincdən gözləri yaşarmış Əli Əmiri əfəndinin gözünün yaşı qurudu, udqundu. O qədər pulu tapıb gətirə bilməyəcəyini başını aşağı salaraq mızıldandı.

Nəhayət, bir xeyli yalvar-yaxardan, xahişdən sonra Burhan əfəndi qiyməti yavaş-yavaş aşağı saldı. Əli Əmiri əfəndi axırıncı xahişini elədi ki, bu kitabı heç kimə satmasın, mütləq gəlib alacaq. Nəhayət, Əli Əmiri əfəndi borc pul toplayaraq, gəlib kitabı aldı və onun əsasında, ətrafına da özündə olan kitabları qoşaraq, İstanbulun Fateh məhəlləsində Türkiyə Milli Kitabxanasının əsasını qoydu. “Kitabi lüğət-it-Türk”ün orijinal nüsxəsi də hazırda bu kitabxanada saxlanılır.

Zibillikdən tapılan XƏZİNƏ: <span style=color:red>Məhvə məhkum edilmiş BÖYÜK KİTABIN TALEYİ - FOTO

“Divani Lüğət-it-Türk” kitabının müəllifi, Türk dünyasının ən böyük alimlərindən olan Mahmud Kaşğarlı XI əsrdə Özbəkistanla Qırğızıstan sərhədindəki İssık göl ətrafındakı Barsqan qəsəbəsində anadan olub, kitabı 1072-1074-cü illərdə yazıb. Bu böyük şəxsiyyət o qədər təvazökar olub ki, özü haqqında heç bir məlumat yazıb qoymayıb. Haqqında danışılanlar isə fərziyyələr və ehtimallardır.

Məsələn, iddia olunur ki, guya M.Kaşğarlı o vaxt Şərqdə hakim olan ərəblərə türk dilini öyrətmək üçün bu kitabı yazıb. Məntiqlə fikirləşəndə isə, qətiyyən bu fikrə gəlmək olmur. Birincisi, işğalçı ərəbə nə elm, nə də dil öyrənmək o qədər də maraqlı deyildi. Onsuz da yerli əhali ilə ünsiyyətdə, töycü yığanda, yaxud kimlərisə cəzalandırmaq lazım gələndə bir-iki tərcüməçi işin öhdəsindən gəlirdi. Birdə ki, bütün işğal ərazilərində hamı ərəb və poeziya dili olan fars dillərini öyrənməyə girişmişdi…

Zibillikdən tapılan XƏZİNƏ: <span style=color:red>Məhvə məhkum edilmiş BÖYÜK KİTABIN TALEYİ - FOTO

Kitabın məzmununa və tərtibatına diqqət yetirəndə aydın olur ki, M.Kaşğarlının bu kitabı yazmaqda məqsədi bu olub; “Ey Türk sənin dilin, elmin heç də onlarınkından geri qalan deyil, əksinə üstündür.” Kitabda 9 mindən çox türk sözünün izahı verilmiş, elmin, təbabətin müxtəlif sahələrinə aid məlumatlar yer almışdır. M.Kaşğarlı canına cəfa basaraq, türk ellərini gəzib-dolaşmış, türk ərazilərinin xəritəsini çəkmiş, məhz türkün özünün və ərazilərinin böyüklüyünü göstərmək üçün kitabın ortasında həmin xəritəni yerləşdirmişdir. Maraqlıdır ki, həmin xəritə bugünkü türk əraziləri ilə üst-üstə düşür.

Digər bir fərziyyə də budur ki, M.Kaşğarlı bu kitabı xəlifə əl Müktəbi bin Əmrullaha 470/1077-ci ildə təqdim etmişdir. Bu iddianın da tarixin heç yerində izi yoxdur. Kitabın bir nüsxədən, yoxsa çox nüsxədən ibarət olması barədə də düz-əməlli məlumat yoxdur. Bircə real məlum olan budur ki, kitab 900 il müddətində itib-batmış, tamamilə yoxa çıxmışdı. Görünür, hakim bədəvi ərəblərin belə bir kitab heç xoşlarına gəlməmişdi. Yenə min dəfə rəhmət olsun Burhan əfəndiyə, Əli Əmiri əfəndiyə ki, 900 ildən sonra olsa da, bu kitabın mədəniyyət tariximizdən silinməsinin qarşısını aldılar!

Zibillikdən tapılan XƏZİNƏ: <span style=color:red>Məhvə məhkum edilmiş BÖYÜK KİTABIN TALEYİ - FOTO

“Kitabi Lüğət-it-Türk” kitabı üzərində ilk elmi araşdırmanı 1930-cu illərdə azərbaycanlı alim Xalid Səid Xocayev aparmış və azərbaycancaya uyğunlaşdıraraq, Bakıda nəşr etdirmişdir. Amma çox təəssüf ki, bu kitabın və qüdrətli alim Xalid Səidin də taleyi elə orijinal “Kitabi Lüğət-it-Türk” kitabının taleyindən heç də yaxşı olmayıb. Belə ki, bolşevik-gədə hökuməti məhz türkə aid olduğuna görə bu kitabı və alimin bütün əlyazmalarını hər yerdən yığışdırıb yandırmış, müəllifi tutaraq 1937-ci ildə min-bir işgəncə ilə öldürmüşdülər!

Nəhayət, böyük alimimiz, professor Ramiz Əsgər İstanbula yollanmış, kitab üzərində tədqiqatlar apararaq, Azərbaycan variantını 2006-cı ildə Bakıda çap etdirmişdir. 2020-ci ildə AMEA-nın Dilçilik İnstitutunun arxivi araşdırılarkən, Xalid Səid Xocayevin tərtib etdiyi “Kitabi Lüğət-it-Türk”ün bir nüsxəsi tapılmış, institutun direktoru Nadir Məmmədlinin təşəbüsü ilə yenidən nəşr edilmişdir.

Zibillikdən tapılan XƏZİNƏ: <span style=color:red>Məhvə məhkum edilmiş BÖYÜK KİTABIN TALEYİ - FOTO

2024-cü ildə YUNESKO-nun Parisdəki mənzil qərargahında “Türk Mədəniyyəti və İrsi” Fondunun təşkil etdiyi konfransda Qırğızıstan alimləri “Divani Lüğət-it-Türk -950 il” sərgisini quraraq, bu işi layiqincə təmsil etmişlər. Həmin işin təşkilində bizim hörmətli ictimai xadim və alim Həsən Həsənovun da xidmətləri olmuşdur. Qırğız alimlər qarşılarına məqsəd qoymuşlar ki, 2025-ci ildə bütün Türk dövlətlərinin iri şəhərlərində “Divani Lüğət-it-Türk” kitabı sərgisini nümayiş etdirəcəklər. Sağlıq olsun, görərik, yəqin ki.

Mahir BAYRAM

Zibillikdən tapılan XƏZİNƏ: <span style=color:red>Məhvə məhkum edilmiş BÖYÜK KİTABIN TALEYİ - FOTO

Seçilən
30
medianews.az

1Mənbələr