Dənizkənarı Bulvar İdarəsi (DBİ) 2023-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, DBİ 2023-cü ildə 19 milyon 712 min manat əməliyyat gəliri əldə edib. Bu 2022-ci ilin sonu ilə müqayisədə 314 min manat, başqa sözlə 1,6% çoxdur.
İdarənin insan resursları üzrə xərcləri 11 milyon 811 min manat, amortizasiya xərcləri 1 milyon 725 min manat, digər əməliyyat xərcləri 3 milyon 559 min manat, cəmi xərcləri isə 17 milyon 96 min manat təşkil edib.
İllik müqayisə ilə insan resursları üzrə xərcləri 486 min manat (4,3%) artıb, amortizasiya xərcləri 413 min manat (19,3%), digər əməliyyat xərcləri 2 milyon 279 min manat (39%), cəmi xərcləri isə 2 milyon 204 min manat (11,4%) azalıb.
Bu dövrdə DBİ-nin cəmi əməliyyat mənfəəti 2 milyon 616 min manat, xalis mənfəəti isə 2 milyon 612 min manata bərabər olub. Göstəricilər 2022-ci ilin sonu ilə müqayisədə müvafiq olaraq 26,1 və 26,6 dəfə artıb. Belə ki, 2023-cü ildə İdarə cəmi 100,1 min manat əməliyyat mənfəətinə və 101,8 min manat xalis mənfəətə malik idi.
Məlumat yenilənir...