Bakının Babək prospektindəki körpüdə daşların qopub yerə tökülməsi haqda məlumatlıyıq.
Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Babək prospektindəki körpünün təhlükə yaratması ilə bağlı yayılan videonu şərh edərkən deyib.
“Babək prospektində yerləşən yol ötürücülərinin birində bəzək üçün vurulmuş üzlük daşların kiçik bir hissəsi qoparaq yol kənarına düşüb. Qısa zaman ərzində həmin daşlar yol kənarından təmizlənərək kənarlaşdırılıb.