Siyəzəndə dəhşətli intihar hadisəsi baş verib.
Bakupost.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Siyəzən şəhəri, Babək küçəsindəki evlərdən birində qeydə alınıb.
Orada yaşayan, əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Ramin Rafiq oğlu Ağayev yaşadığı evdə qollarını doğrayıb və daha sonra özünü asıb.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.