"Bakı Metropoliteni" QSC-nin gedişhaqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.
"APA-Economics" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin yaydığı açıqlamada bildirilib.
"Metroda gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb" - deyə QSC vurğulayıb.
Qeyd edək ki, bu gün mediada metroda gedişhaqqının 55 qəpik olacağı ilə bağlı məlumatlar yayılıb.