“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva bildirib ki, ermənilər öz hərəkətlərinin günahkar olduğunu etiraf edir.
Zülfiyyə Nuriyeva deyib:
"Onlar özləri günahkar olduqlarını etiraf edir və bu, bizim qələbəmizi bir daha təsdiqləyir. Qarabağ Azərbaycandır."
Zülfiyyə Nuriyeva çıxışında Azərbaycanın Qarabağ üzərindəki qələbəsinin həm beynəlxalq hüququn, həm də tarixi ədalətin təntənəsi olduğunu vurğulayıb. O, qeyd edib ki, Azərbaycanın mövqeyi sarsılmazdır və bu, bölgənin inkişafı və tərəqqisi üçün yeni imkanlar yaradır.
Pərvanə Fərhadqızı