AZ

YAP inam və etimad ünvanıdır

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağdaş rayonu, Ağdaş bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov bildirib ki, Yeni Azərbaycan Partiyası ötən dövrün təcrübəsini nəzərə almaqla yeni dönəmin çağırışlarını rəhbər tutaraq məqsədyönlü fəaliyyət həyata keçirir. “Heç şübhəsiz ki, xalqın dəstəyi ilə Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində də qələbə qazanacaq”, - deyə o qeyd edib.

Bələdiyyə üzvlüyünə namizədlər Qalib Qarayev, Vüqar Həmidov və Əli Musayev çıxış edərək ötən dövr ərzində bələdiyyələrin inkişafı istiqamətində mühüm işlər görüldüyünü qeyd ediblər.

Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini bildirən seçicilər isə qeyd ediblər ki, bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklər. “YAP xalqın inam və etimad ünvanıdır”,- deyə vurğulanıb.

Seçilən
36
yeniazerbaycan.com

1Mənbələr