Müəllif:Ayşən İmanova/Banco.az
Amerikanın texnologiya şirkəti “Microsoft” 2025-ci maliyyə ilində süni intellekt (AI) ilə işləyən məlumat mərkəzlərinin tikintisinə təxminən 80 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə şirkətin prezidenti Bred Smit bildirib.
O, süni intellekti “dövrümüzün elektrik enerjisi” adlandırıb və ABŞ-nin süni intellektin inkişafında “lider” olmasının vacibliyini vurğulayıb.