AZ

YAP-ı dəstəkləmək rifahı, yüksəlişi və tərəqqini seçməkdir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Göyçay rayonu, Qarabaqqal bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov bildirib ki, ölkəmizdə davamlı olaraq həyata keçirilən islahatlar bələdiyyə institutunun da inkişafına müsbət təsir göstərir. Qarşıdan gələn bələdiyyə seçkilərinin önəmini vurğulayan təşkilat sədri YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib.

Tədbirdə təşviqat qrupunun üzvləri - Namər Şirinov, Zahidə Qurbanova və bələdiyyə üzvlüyünə namizədlər Səməd Əhmədov, Dilşad İsmayılova, Əliyar Əhmədov son dövrlərdə yerli özünüidarəetmə orqanlarının inkişafı üçün önəmli tədbirlər görüldüyünü diqqətə çatdırıblar.

Çıxış edən seçicilər YAP-ın namizədlərinə səs verəcələrini vurğulayıblar. “YAP-ı dəstəkləmək rifahı, yüksəlişi və tərəqqini seçməkdir”,- deyə bildirilib.

Seçilən
44
yeniazerbaycan.com

1Mənbələr