ABŞ 20 ildən çox Quantanamo həbsxanasında saxlanılan 11 yəmənli məhbusu Omana göndərdiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) verilən yazılı açıqlamada Quantanamo həbsxanasındakı 11 yəmənli məhbusun Omana göndərildiyi bildirilib. Açıqlamada Quantanamoda 15 məhbusun olduğu bildirilib.
11 sentyabr 2001-ci il hücumlarından sonra Quantanamo həbsxanasına gətirilən və bu günə qədər heç bir məhkəmə və ya rəsmi ittiham irəli sürülmədən saxlanılan 11 yəmənli 20 ildən çox həbsdən sonra Omana gedəcək. Pentaqon bəyanatında Quantanamoda məhbusların sayının azaldılması istiqamətində səylərin davam edəcəyi mesajını verib. ABŞ Müdafiə naziri Lloyd Ostin Konqresə bu məhbusların 2023-cü ildə repatriasiya prosesinə dəstək vermək niyyəti barədə məlumat verib.
Bildirilir ki, son köçürmələrdən sonra Quantanamo həbsxanasında ümumilikdə 15 məhbus qalır, onlardan 3-ü transfer üçün əlverişlidir. Qeyd edək ki, 11 sentyabr hücumlarından sonra ABŞ administrasiyasının yüzlərlə müsəlmanı terror ittihamı ilə saxladığı Kubadakı Quantanamo həbsxanası pis rəftar və işgəncə iddiaları, habelə beynəlxalq hüquqa görə mübahisəli statusu ilə tez-tez gündəmdədir.