AZ

Qaradağda tanışını öldürməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatdı

Bakıda tanışını öldürməkdə təqsirləndirilən Əliəkbər Səmədlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Anar Sadıqovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 15-də keçiriləcək.

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Əliəkbər Səmədli Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində 1992-ci il təvəllüdlü Rüfət Rüstəmovu aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Seçilən
49
44
e-huquq.az

10Mənbələr