Bazar ertəsi axşam "Fort Lauderdale" Beynəlxalq Hava Limanında (Florida) uçuşdan sonra texniki baxış zamanı təyyarənin şassisində iki nəfərin cəsədi tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı çərşənbə axşamı JetBlue aviaşirkəti yayayıb.
“Hazırda qurbanların şəxsiyyətləri və onların hansı şəraitdə təyyarəyə girişi araşdırılır”, - deyə şirkətdən bildirilib.
JetBlue hadisəni “dəhşətli vəziyyət” adlandırıb və bütün halları aydınlaşdırmaq üçün səlahiyyətlilərlə əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Newsweek aydınlaşdırıb ki, insident Nyu-Yorkdakı Con Kennedi hava limanından uçan təyyarədə baş verib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta