Bakı. Trend:
Emmanuel Makronun beynəlxalq hüququ anlamağı məsələsimübahisəlidir. Çünki Fransanın məhz Makron hakimiyyəti dövründəsərgilədiyi davranışlar bütövlükdə beynəlxalq hüququn norma vəprinsiplərinə ziddir. Əgər belə olmasa idi, o zaman AzərbaycanınBMT Təhlükəsizlik Şurasının qətnamələri və BMT nizamnaməsinə uyğunolaraq sərgilədiyi davranışlar, həmçinin, beynəlxalq səviyyədətanınmış ərazilərini 30 ilə yaxın davam edən işğaldan azad etməsiMakron hakimiyyəti tərəfindən qəzəblə qarşılanmaz və faktiki olaraqFransa Parlamentinin hər iki palatası hansısa qondarma təsisatıntanınması istiqamətində kağız parçaları qəbul etməzdi.
Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
Deputat vurğulayıb ki, Fransa bugünədək üzərinə götürdüyü heçbir öhdəliyi yerinə yetirməyib:
“Fransanın bu gün təkcə Cənubi Qafqazda deyil, qlobal miqyasdada sərgilədiyi mövqenin beynəlxalq hüququn norma və prinsiplərinəhər hansı formada aidiyyəti yoxdur. Əslində, Fransa BMTTəhlükəsizlik Şurasının daimi üzvü kimi təkcə veto hüququna malikolmaq üçün üstünlük əldə etmir, eyni zamanda, bu təsisatın üzvükimi məsuliyyət daşıyır. Lakin dənizaşırı ərazilər adlandırdığı,müstəmləkə kimi qoruyub saxladığı ərazilərdə insan hüquq vəazadlıqlarının təmin edilməsi ilə bağlı heç bir addım atmayıb.
Əslində, müstəmləkəçiliklə bağlı qəbul edilən normalar Fransanınçoxdan öz müstəmləkələrindən əl çəkməsinin zəruriliyini ortayaqoyur. Amma Fransa dünyada barmaqla sayılacaq ölkələrdəndir ki,xalqları, öz torpaqlarından on minlərlə kilometr kənarda yerləşənəraziləri istismar etməkdə davam edir və onların azadlıqlarınıtanımaq istəmir”.
Elçin Mirzəbəyli Azərbaycanın qlobal miqyasda üzərinə götürdüyüöhdəliklərə uyğun davrandığını bildirib:
“Yeni Kaledoniya məsələsinə gəldikdə isə, bu, Azərbaycanınbeynəlxalq hüququn subyekti, məsuliyyətini qlobal səviyyədə dərkedən ölkə kimi həyata keçirdiyi missiya və üzərinə götürdüyüöhdəliklərdən irəli gəlir. Yəni Fransa öz məsuliyyət vəöhdəliklərini Makronun timsalında dərk etmirsə, Azərbaycan bunudərk edir və o öhdəliklərə uyğun davranır. Azərbaycan QoşulmamaHərəkatının üzvü kimi də müstəmləkəçilik siyasətinə qarşı qlobalmiqyasda öz mövqeyini sərgiləyir”.
Millət vəkili Fransanın Avropa İttifaqının üzvü olduğu halda, özkoloniyalarının ərazilərinin Aİ ərazisi kimi göstərilməsinə qarşıçıxdığı faktını xatırladıb:
“Avropa məkanında qəbul olunan hüquqi normalar Fransanındənizaşırı ərazilər adlandırdığı yerlərdə tətbiq olunmur. Bu, birdaha göstərir ki, Fransa həmin ərazilərdə yaşayan sakinlərə ikinci,üçüncü dərəcəli insanlar kimi yanaşır, onların hətta Fransavətəndaşları ilə eyni hüquqa malik olmadığını ortaya qoyur. Bukontekstdə yürüdülən ikili standartlar, insan hüquq vəazadlıqlarına qarşı həyata keçirilən siyasətə münasibət bildirməkAzərbaycanın qlobal miqyasda beynəlxalq hüququn subyekti kimiüzərinə götürdüyü öhdəlikdir və bu istiqamətdə ölkəmizin atdığıaddımlar qəbul və təqdir olunmalıdır”.
Elçin Mirzəbəyli qeyd edib ki, indiki şəraitdə Fransanınsərgilədiyi mövqe Emmanuel Makronun aqressiv ritorikasınınnəticəsidir:
“Fransanın Ermənistanla bağlı davranışlarının beynəlxalq hüquq,bütövlükdə insan hüquq və azadlıqlarına hər hansı formada bağlılığıyoxdur. Çünki Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarınıişğal altında saxlayıb və Fransa buna dolayı yolla dəstəkverib.
Beynəlxalq səviyyədə tanınan ərazilərdə Azərbaycanın suverenliyitəmin edildikdən sonra Fransanın davranışları göz qabağındadır.Fransa məhz Azərbaycan ərazilərinin işğalı, eyni zamanda, etnikermənilərin separatizm üzərindən yürütdüyü siyasətin davam etməsiniarzulayır. Çünki bu ona Cənubi Qafqaz, daha sonra isə MərkəziAsiyaya müəyyən təsir imkanları əldə etmək fürsəti yaradır.Beynəlxalq müstəvidə bu və ya digər məsələnin müzakirəsi Fransanında ən müxtəlif mövzularda bu məsələni bazarlıq predmetinəçevirməsinə imkan verir. Artıq Azərbaycanın yaratdığı reallıqlar buimkanları tamamilə əldən çıxarıb”.
Mövzuya münasibət bildirən Milli Məclisin deputatı SevincFətəliyeva Trend-ə açıqlamasında deyib ki, Azərbaycanın öz ərazibütövlüyünü və suverenliyini bərpa etməsi bölgədə yeni reallıqlaryaradıb:
“Azərbaycan Cənubi Qafqazın lideri və regionda söz sahibi olandövlətdir. Lakin müəyyən beynəlxalq dairələr Azərbaycanın işğalçıErmənistan üzərində qələbə qazanmasını həzm edə bilmir. Fransa bubaxımdan “öndə” gedir. Bu ölkənin başçısı Makronun səfirlərkonfransında Azərbaycana qarşı səsləndirdiyi fikirlər də məhz onunuğurlarımıza qarşı qısqanclığının göstəricisidir”.
Deputat bildirib ki, Fransa Prezidenti Makron Azərbaycanın ərazibütövlüyünü və suverenliyini təmin etməsini hələ də qəbul etməkistəmir:
“Amma onun nə istəməsindən asılı olmayaraq, dövlətimiz öz gücünəbeynəlxalq hüquq normalarını, BMT Təhlükəsizlik Şurasının müvafiqqətnamələrini icra edib. Lakin rəsmi Paris öz mövqeyi ilə əslindəbeynəlxalq hüquq normalarına hörmətsizlik edir. Fransanın indikimövqeyi Cənubi Qafqazda sülhə və təhlükəsizliyə böyük təhdiddir.Ermənilərin maraqları naminə bu ölkə beynəlxalq hüquqa hörmətsizlikedir, bəşəri dəyərləri ayaq altına atır. Bu, o deməkdir ki, Fransahökuməti və parlamenti, bu ölkənin ayrı-ayrı siyasi dairələri uzunillərdir, açıq irqçi, azərbaycanofob, türkofob və islamofobfəaliyyət nümayiş etdirirlər. Bu yanaşma Fransanın dövlət siyasətisəviyyəsinə çatıb.
Eyni zamanda, Fransa parlamentinin qərarları beynəlxalq hüququnnorma və prinsiplərinə zidd olmaqla Azərbaycanın ərazi bütövlüyü vəsuverenliyinə qarşı qərəzli və ədalətsiz addımdır. Fransaparlamenti hələ 2020-ci ilin noyabrında - Azərbaycanın Vətənmüharibəsində qazandığı tarixi zəfərdən qısa müddət sonra o vaxtQarabağdakı separatçı rejimin tanınmasının zərurəti haqqındaqətnamə qəbul etmişdi.
Eləcə də, ordumuz Qarabağda erməni separatizminin kökünükəsərək, suverenliyimizi tam bərpa etdikdən sonra rəsmi Parisölkəmizə qarşı qərəzini daha da artırıb. Fransanın Ermənistanısilahlandırması isə Cənubi Qafqazda yeni müharibə təhlükəsiyaradır”.
Millət vəkili Sevinc Fətəliyevanın sözlərinə görə, özünüdemokratiyanın beşiyi kimi təqdim etməyə çalışan Fransa bir sıraxalqlara qarşı müstəmləkə siyasəti həyata keçirir:
“Fransanın məkrli neokolonial siyasətinin təzahürü olandənizaşırı ərazilərində apardığı uğursuz fəaliyyətin səbəblərininAzərbaycan üzərinə yönləndirilməsi isə Parisin yanlış siyasətindənxəbər verir. Azərbaycan müstəmləkəçilik və neokolonializmə qarşımübarizə aparan xalqları dəstəkləyir. Dövlətimiz bu mövqeyini bütünbeynəlxalq platformalarda bəyan edib.
Azərbaycan bu məsələdə prinsipial mövqe nümayiş etdirir vəFransanın müxtəlif xalqlara qarşı repressiv siyasətinə etirazsəsini ucaldır. Eyni zamanda, müstəmləkəçiliyə qarşı aparılanmübarizəyə siyasi və mənəvi dəstək verilir. Bakı Təşəbbüs Qrupununyaradılması da bu məqsədə xidmət edir. Ona görə də FransaPrezidenti Makron ölkəmizi əsassız olaraq ittiham etmək əvəzinə ilknövbədə müstəmləkə altında saxladığı xalqlara qarşı repressivsiyasətə son qoymalı, həmin xalqların tələblərini yerinəyetirməlidir”.