AZ

Zukerberq "Meta"nın sosial media platformalarının senzura sistemlərinə dəyişiklik ediləcəyini bildirib

“Facebook”, “Instagram” və “Threads” platformalarında tətbiq edilən senzura sistemlərinə dəyişiklik edilir.

APA NBC News-a istinadən xəbər verir ki, bunu “Meta” şirkətinin rəhbəri Mark Zukerberq deyib.

O bildirib ki, şirkət paylaşımlarda siyasi məzmunun miqdarını azaldan dəyişiklikləri ləğv edir: “Biz əvvəlki ənənələrə qayıdıb səhvləri azaltmağa, siyasətimizi sadələşdirməyə və platformalarımızda ifadə azadlığını bərpa etməyə diqqət edəcəyik”.

Zukerberq qeyd edib ki, platformalarda narkotik maddələr, terrorizm və uşaq istismarı ilə bağlı məzmunlara senzuralar isə ciddi şəkildə davam edəcək.

Seçilən
81
1
apa.az

2Mənbələr