AZ

Polşa Ukraynaya elektrik enerjisi satışını artırmağa hazırdır

Polşa Ukraynaya tədarük olunan elektrik enerjisinin həcmini artırmağa hazırdır.

AZƏRTAC xəbər verir ki, bunu Polşanın iqlim və ətraf mühit naziri Paulina Henniq-Klotska deyib. “Varşava Kiyevin müraciət edəcəyi təqdirdə Ukraynaya elektrik enerjisi satışını artıra bilər”, - deyə nazir Polşa televiziyasının efirində bildirib.

Bir müddət öncə Slovakiyanın Baş naziri Robert Fitso ölkəsinin yanvarın 1-dən sonra qazla bağlı vəziyyəti qiymətləndirəcəyini deyib. Onun sözlərinə görə, Rusiyaya qaz tranzitini dayandıracağı təqdirdə Ukraynaya qarşı mümkün cavab tədbirləri görülə, o cümlədən Kiyevə enerji nəqli dayandırıla bilər.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın qaz tədarükü ilə bağlı müqaviləni dayandırmaqla Avropanı cəzalandırdığını iddia edib. O, həmçinin bildirib ki, Rusiya istənilən ölkəyə Ukrayna ərazisindən qaz tədarük etməyə hazırdır, lakin Kiyevin mövqeyi səbəbindən bu, mümkünsüz görünür.

Seçilən
33
3
yeniazerbaycan.com

4Mənbələr