Ajans.az xəbər verir ki, hadisə Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində qeydə alınıb.
Qəsəbə ərazisində naməlum kişi meyiti aşkar edilib.
Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Mahir Əlmərdan oğlu Əmrahov olması müəyyən edilib.
Onun üzərində zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.