AZ

Şad xəbər – Bu peşə sahiblərinin maaşları artacaq

Azərbaycanda minimum əməkhaqqı və pensiyalar artırıldı. Bundan başqa sahələrdə də artımlar oldu. Hətta jurnalistlər bəzi gəlir vergilərindən azad edildi.

Maraqlıdır, aparıcı peşə sahiblərinin maaşında, sahələr üzrə pensiyalarda nə qədər artım tətbiq edildi?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, Azərbaycanda maaş artımı məsələsi dövlət sektoru və özəl sektorda bir az fərqlidir:

“Minimum təqaüdlər artırılaraq 320 manat oldu. İndi yaşa görə və minimum təqaüd alanlara ödəniş 320 manatdan başlayaraq hesablanacaq. Bunun həmin şəxslərə daha pozitiv təsiri olacaq. Dövlət sektorunda çalışanlara gəlincə isə minimum əməkhaqqı artanda Nazirlər Kabinetinin xüsusi qərarları ilə müəllimlərin, həkimlərin, polislərin və başqa dövlət sektorunda çalışanların əməkhaqlarına ayrıca artımlar olacaq”.

İqtisadçı deyib ki, qeyd etdiyi peşə sahiblərinin maaşında təqribən 10 faiz civarında artım olması gözlənilir:

“Amma özəldə bu, bir balaca fərqlidir. Özəl sektorda biri var fərdi sahibkarlar – məsələn, jurnalistlər, hüquqşünaslar, mühasiblər – onların vergiləri 20 faizdən 5 faizə endirildi. Onlara bu, pozitiv təsir edəcək. Biri də var kafe, restoranlar və s. orada maaş artımını dövlət tənzimləmir. Həmin yerdə maaşı özəl sektorun rəhbərliyi ilə işçilər arasındakı fərdi müqavilələr tənzimləyir. Dövlətin onlardan indi yeganə tələbi o oldu ki, özəl sektor da işçiyə 400 manatdan aşağı maaş verə bilməz. Yerdə qalan hissə isə fərdi müqavilələrlə tənzimlənir”.


Seçilən
57
news24.az

1Mənbələr