AZ

Marin Le Pen olub Mayotte sahillərində qəzaya düşdü

Mayotte sahillərində iki barja toqquşub. Onlardan birində parlamentdəki “Milli Ralli” fraksiyasının lideri Marin Le Pen olub. O, xəsarət almayıb.

BFMTV xəbər verir ki, toqquşma bu gün, yanvarın 7-də baş verib. Xanım Le Pen ötən həftənin sonunda siklonun vurduğu Mayottaya gəlib. Gəmidəki siyasətçi yerli hava limanına gedirmiş. Hadisə zamanı insanların əksəriyyəti müvazinətini itirərək yıxılıb. Üç nəfər yüngül xəsarət alıb. Xanım Le Pen isə polis gəmisi ilə təxliyə edilib.

Qeyd edək ki, Mayotta adası, Hind okeanındakı Komor adaları arxipelaqına aid olan Fransanın xarici departamentidir. Arxipelaq 1974-cü ildə Mayottada keçirilən referendumdan sonra müstəqillik qazanıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
34
editor.az

1Mənbələr