ABŞ prezidenti Co Baydenin administrasiyası yanvarın 9-da Ukraynaya genişmiqyaslı yekun hərbi yardım paketini elan edəcək.
APA xəbər verir ki, bu barədə “Associated Press”ə Pentaqondakı mənbələr məlumat verib.
Bəyanatın ABŞ-nin müdafiə naziri Lloyd Ostinin Almaniyaya səfəri zamanı veriləcəyi və burada Ukraynanı dəstəkləyən 50-yə yaxın tərəfdaş ölkənin nümayəndələri ilə görüşəcəyi gözlənilir.
Məbləğ dəqiq göstərilməsə də mənbələr paketin əhəmiyyətli olacağını, lakin Konqresin Ukraynaya yardım üçün ayırdığı təxminən 4 milyard dolların hamısını əhatə etməyəcəyi bildirilir.
Vəsaitin bir hissəsi, yəni 2 milyard dollardan çoxu Donald Tramp administrasiyası Kiyevə hərbi dəstəyi davam etdirmək qərarına gələrsə, onun sərəncamında qalacaq.