Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata əsasən magistratura səviyyəsinə qəbul imtahanının I cəhdinin fevral ayında keçirilməsi nəzərdə tutulur.Bu il ballarla bağlı proqnozlar nələrdir? Nəticələr ürəkaçan olacaqmı? TehsilForumu.Az AzEdu.az-a istinadla verdiyi məlumata əsasən, təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi (Əfəndiyev) bildirib ki, bu il ötən illə müqayisədə eyni bal toplayanların sayında artım olacaq. “Dövlət İmtahan Mərkəzi tərəfindən yaxın günlərdə cari ildə keçiriləcək imtahan tarixləri ilə bağlı informasiya veriləcək. Əlbəttə, burada ən çox gözlənilən imtahanlar buraxılış, o cümlədən magistraturaya qəbul imtahanıdır. Magistraturaya qəbul imtahanının fevral ayının birinci yarısında keçirilməsi nəzərdə tutulur.Ötən ildən bəri magistratura imtahanına xarici dil fənnindən esse əlavə olundu. Əlbəttə, 2024-cü ildə esse imtahan nəticələrinə təsir etdi və proqnoz verdiyimiz kimi ballar aşağı endi. Bu ildən gözləntimiz balların ötənilki ilə eyni cür formalaşacağıdır. Ola bilər ki, müəyyən qədər keçənilki intervaldan müsbətə doğru dəyişikliklər görək.Məsələn, ötən il 50-55 bal aralığında 4000 nəfər nəticə göstəribsə, bu il o rəqəm 4100-4200 nəfər həddində ola bilər. Hər bir halda eyni nəticə toplayanların sayı artacaq.Ümumilikdə nəticələrin ötənilki keçid balına uyğun formalaşacağını, bəzi ixtisaslarda isə keçid ballarında müəyyən artımların olacağını gözləyirik. Bu ixtisaslar insan resurslarının idarəedilməsi, biznesinidarə edilməsi (MBA), IT, tibb, hüquqyönümlü ixtisaslardır. Digər sahələrdə isə ötənilki balları müşahidə edəcəyik”,- deyə müsahibimiz qeyd edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta