AZ

Bolqarıstan və İsveçrədə legioner həyatı yaşadı, “Sabah”a gəldi

"Sabah" heyətini yeni basketbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, ABŞ-dən olan Trey Sampsonla 2025/2026 mövsümün sonuna kimi müqavilə imzalanıb.

Karyerasına ABŞ-də NCAA Liqasında başlayan 24 yaşlı oyunçu Bolqarıstan və İsveçrədə legioner həyatı yaşayıb.

Son klubu İsveçrə təmsilçisi “Lugano Tigers” olan T.Sampson hücumçu mövqeyində çıxış edir.

Seçilən
65
sportinfo.az

1Mənbələr