AZ

Maduro Venesuelaya gələn muzdluların saxlandığını açıqlayıb

Venesuela prezidenti Nikolas Maduro respublikada yeddi əcnəbi muzdludan ibarət qrupun saxlanıldığını açıqlayıb...

Poliqon xəbər verir ki, Venesuela prezidenti Bolivar polisi ilə görüşdə bu barədə məlumat verib. Venesuela prezidentinin sözlərinə görə, qrupun tərkibində olan üç nəfər Ukraynadan gəlib.

Maduro qeyd edib ki, bu qrup Cənubi Amerika ölkəsində terror aktları törətməyi planlaşdırmaqda şübhəli bilinirlər. Venesuela prezidenti onu da bildirib ki, noyabrdan dekabr ayına kimi 25 millətdən olan 125 əcnəbi analoji şəraitdə saxlanılıb.

Maduro əlavə edib ki, saxlanılanlar arasında snayper kimi istifadə edilməli olan iki ABŞ vətəndaşı və iki Kolumbiyalı var.

“Onlar terror aktları törətmək üçün gəliblər”, deyə Venesuela prezidenti Bolivar polisi ilə görüşdə vurğulayıb. Görüş yerli sosial şəbəkələrdə yayımlanıb.

Dövlət başçısı məhbusların “ən yüksək səviyyədə olduğunu, belələrinin Venesuelada heç vaxt tutulmadığını” qeyd edərək, onların tezliklə etiraflarını verəcəklərinə əminliyini ifadə edib. Bununla əlaqədar Nikolas Maduro polis qruplarını maksimum sayıq olmağa çağırıb.

Poliqon.info

Seçilən
36
poliqon.info

1Mənbələr