AZ

İstanbulda turistləri aldadan fırıldaqçılar dəstəsi saxlanılıb

Türkiyənin Anadolu dövlət agentliyinin çərşənbə axşamı verdiyi məlumata görə, polis İstanbulda turistlərin pulunu mənimsəmiş 24 fırıldaqçıdan ibarət dəstəni saxlayıb.

“Ən azı 30 şübhəli Beyoğlu, Şişli, Bakırköy və Fatihin mərkəzi rayonlarında taksi sürücüləri ilə əlbir olub. Onlar turistlərdən onların saxta olub-olmadığını “yoxlamağı” təklif edərək pul alıb, sonra isə əskinasların bir hissəsini əllərində gizlədiblər”, - deyə agentlik bildirir.

QHT.az xəbər verir ki, istintaq çərçivəsində 30 şübhəlinin tutulması üçün orderlər verilib, dəstənin rəhbəri də daxil olmaqla 24 nəfər artıq saxlanılıb. Şübhəlilərin mənzillərində aparılan axtarışlar zamanı dövlət qeydiyyatına alınmayan tapança və sursatlar götürülüb. Polis qalan şübhəliləri axtarır.

 

R.İmanov

Seçilən
61
qht.az

1Mənbələr