AZ

Kubada anbarda partlayış: 13 əsgər itkin düşüb

Kubanın Holqvin əyalətinin Melones bölgəsindəki anbarda naməlum səbəbdən hərbi texnika partlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Kuba İnqilabçı Silahlı Qüvvələr Nazirliyi (Minfar) məlumat yayıb.

Partlayışdan sonra 13 əsgərlə əlaqə saxlamağın mümkün olmadığı, çoxlu sayda axtarış-xilasetmə qrupunun bölgəyə göndərildiyi bildirilib.

Səlahiyyətlilər itkin düşən əsgərlərin ailələrinin məlumatlandırıldığını və Silahlı Qüvvələr tərəfindən insidentin aradan qaldırılması üçün maksimum qayğı göstərildiyini vurğulayıb.

Holqvin Əyalət Müdafiə Şurası və Silahlı Qüvvələr Nazirliyi tərəfindən görülən tədbirlər çərçivəsində hadisə yerinə yaxın ərazilərdə yaşayan 500-ə yaxın insan ehtiyat tədbiri olaraq təxliyə edilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
45
ikisahil.az

1Mənbələr