Kürdəmir Rayon Məhkəməsində yol qəzasında təqsirləndirilən Şükran Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xaliq İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 1 ay 11 gün müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Hadisə bu ilin iyul ayında Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonu Şıxımlı kəndi ərazisindən keçən 31-ci kilometrliyində qeydə alınıb.
Belə ki, sürücü Şəmkir rayon sakini, 2001-ci il təvəllüdlü Şükran Rəvan oğlu Əhmədovun idarə etdiyi " “Chevrolet Aveo" markalı avtomobil həmin yolda hərəkətdə olarkən yolu keçmək istəyən Kürdəmir rayon Çıxımlı kənd sakini, 1952-ci il təvəllüdlü Əhmədağa Əlövsət oğlu İbrahimovu vurub.
Yaralı dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Kamal Məmmədov