Britaniyada qızları zorlamaqla məşhurlaşmış quldur dəstəsinin lideri nəinki azadlığa çıxaraq Roçdeyl şəhərində yaşayıb işləyir, o, deportasiyadan da yayınıb. Bu barədə “The Times” məlumat yayıb.
"Roçdeyl təcavüzkar dəstəsinin lideri hakimin onu deportasiya etmək qərarına gəlməsindən təxminən on il sonra hələ də bu şəhərdə yaşayır və işləməyə davam edir..."-nəşr yazıb.
Qeyd edək ki, söhbət 55 yaşlı Kari Əbdül Raufdan gedir. Keçmiş taksi sürücüsü və müsəlman bələdçi olan Rauf 2012-ci ildə yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi cinayətlərdə və insan alverində ittiham olunan doqquz dəstə üzvündən biri olub.
Dəstə başçısı 6 il həbs cəzası alıb və cəzanın ardınca Pakistana deportasiya edilməli imiş. Bununla belə, məqalədən də göründüyü kimi, o, 2,5 ildən sonra, 2014-cü ilin noyabrında azad edilib.
Tural