Ali Məhkəmədə yol qəzası törətməkdə təqsirləndirilən Cəmil Hacıyevin (şərti) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, hadisə 16 iyul 2022-ci il tarixdə, saat 07 radələrində Fəhlə qəsəbəsi-Çadırlı-Şirvan avtomobil yolunun Salyan rayonu Xələc kəndi ərazisindən keçən 8-ci kilometrliyində qeydə alınıb.
Belə ki, Cəmil Hacıyevin idarə etdiyi “Opel Astra” markalı avtomobillə Məhəmməd Baxışovun idarə etdiyi “Ford Transit” markalı maşın toqquşub. Nəticədə Məhəmməd Baxışov aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Daha sonra Cəmil Hacıyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Salyan Rayon Məhkəməsinin hökmü ilə il 1 ay müddətə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalında həbsə alınıb. Şirvan Apellyasiya Məhkəməsi apellyasiya şikayətini dəyişdirmədən saxlayıb.
Kamal Məmmədov