Bakı. Trend:
Bərdə şəhəri ərazisində yerləşən “Səməd Vurğun”yarımstansiyasında yenidənqurma işləri aparılacaq.
Bu barədə Trend dövlət satınalmalarının vahid internetportalından məlumat əldə edib.
Belə ki, mövcud 35/10 kV-luq "Səməd Vurğun" yarımstansiyasının110 kV-luq yarımstansiyaya keçirilməklə yenidənqurulması işlərigörüləcək.
Məlumata görə, artıq bununla bağlı “Azərişıq” Açıq SəhmdarCəmiyyəti (ASC) müəyyən işlərə başlayıb.
ASC sözügedən işlərin icrasının 15,6 milyon manata başagələcəyini proqnozlaşdırıb.