Cənubi Koreyanın sabiq prezidenti Yun Sok Yol Seulun mərkəzində yerləşən iqamətgahını gizli şəkildə tərk edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu iddia ilə aparıcı müxalifət partiyası "Toburo"nun deputatı An Gyu Bek KBS radiosunun efirində çıxış edib.
Onun sözlərinə görə, Yun Sok Yol başqa yerdə gizlənib.
Qeyd edək ki, Cənubi Koreya məhkəməsi ölkədə hərbi vəziyyət elan etməyə cəhd edən impiçment elan edilmiş Prezident Yun Suk Yol üçün yenidən həbs qərarı çıxarıb.
Cənubi koreyalı liderin həbsinə dair öncəki order dekabrın 31-də verilib, lakin müddət yanvarın 6-da bitsə də, bu vaxta qədər icra olunmayıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta