AZ

1850-ci ildən bəri ən isti il – Rekord temperatur bu tarixdə…

2024-cü il 1850-ci ildən bəri ən isti il olub. 

News24.az xəbər verir ki,  bu barədə Avropa Komissiyasının yer üzünün vəziyyətinə dair davamlı müşahidə proqramı olan “Kopernik” (Copernicus) proqramı məlumat yayıb.

Məlumata görə, ötən qlobal orta temperatur 15,10 dərəcə olub ki, bu da 1991-2020-ci illər arasındakı orta göstəricidən 0,72 dərəcə, 2023-cü ildən isə əvvəlki ən isti il olan 2023-cü ildən 0,12 dərəcə daha yüksəkdir.

Beləliklə, 2024-cü il 1850-1900-cü illər arasındakı “sənayədən əvvəlki dövr”ün orta göstəricisini ilk dəfə 1,5 dərəcə üstələyən il olub. 2023-cü ildə bu göstərici 1,48 dərəcə artmışdı.

Yeni qlobal orta temperatur rekordu 2024-cü il iyulun 22-də vurulub və 17,16 dərəcə təşkil edib.

2024-cü ilin yanvar-iyun ayları arasında hər bir ay əvvəlki ilin eyni ayından daha isti olub. 2024-cü ilin yay mövsümü də tarixin ən isti yay mövsümü olub.

“Bütün beynəlxalq qlobal temperatur məlumatları göstərir ki, 2024-cü il 1850-ci ildən bəri ən isti il olub. Bəşəriyyət öz taleyinə görə məsuliyyət daşıyır, amma iqlim problemlərinə necə reaksiya verəcəyimiz faktiki məlumatlara əsaslanmalıdır. Gələcək bizim əlimizdədir”, - deyə “Kopernik” proqramı çərçivəsində iqlim dəyişikliyi üzrə xidmətin direktoru Karlo Buontempo bəyan edib.

O əlavə edib ki, sürətli və qərarlı tədbirlər gələcəkdə iqlim vəziyyətinin inkişafını dəyişə bilər.

Aynurə

Seçilən
15
16
news24.az

10Mənbələr