AZ

Deşam Fransa millisindən gedəcəyi vaxtı açıqlayıb

Didye Deşamın Fransa millisinin baş məşqçisi postunu tərk edəcəyi vaxt bəlli olub.

İdman.biz xəbər verir ki, bunu təcrübəli mütəxəssisin özü açıqlayıb.

O bildirib ki, DÇ-2026-dan sonra 2012-ci ildən tutduğu postu tərk edəcək. Deşam yığmanın “sükanı arxası”nda 14 il işlədikdən sonra komandadan ayrılacaq.

Qeyd edək ki, Fransa millisi Deşamın rəhbərliyi altında DÇ-2018 və Millətlər Liqasının 2021/22 mövsümünün qalibi, AVRO-2016 və DÇ-2022-nin gümüş mükafatçısı olub.

İdman.biz

Seçilən
45
idman.biz

1Mənbələr