AZ

Gürcüstan hökumətini ölkəni qurban verməyə məcbur edə bilməyəcəklər - "Gürcü Arzusu"

"Heç kəs gürcü xalqını sanksiyalarla qorxuda bilməz, çünki ictimaiyyət yaxşı anlayır ki, heç bir sanksiya ölkənin məhvi ilə müqayisə oluna bilməz".

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının Siyasi Şurasının bəyanatında deyilir.

Qeyd olunub ki, heç kəs Gürcüstan hökumətini hər hansı bir sanksiya bahasına dağıdıcı müharibəyə qurban verməyə məcbur edə bilməz.

"Gürcü xalqı hər hansı sanksiyalar bahasınaGürcüstanın Ukraynaya çevrilməsinə yol verməyəcək", - bəyanatda deyilir.

Sənəddə vurğulanıb ki, gürcü siyasətçiləri və məmurlarına qarşı sanksiyalar sülh uğrunda mübarizə ilə bağlıdır.


Müəllif: Cəmilə Babayeva
Seçilən
20
teleqraf.com

1Mənbələr