Bakı. Trend:
Küveyt Dövlətinin Baş naziri Əhməd Abdullah əl-Əhməd əl-SabahAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığıməktubu ünvanlayıb.
Trend xəbər verir ki, başsağlığı məktubundadeyilir:
"Dost Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənabİlham Əliyev.
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsininQazaxıstan Respublikasında qəzaya uğraması nəticəsində insanlarınhəlak olmaları və yaralanmaları xəbərini dərin hüznləqarşıladıq.
Zati-aliləri, bu faciəvi hadisə ilə bağlı kədərinizi bölüşür,Sizə başsağlığı veririk. Qəzanın qurbanlarına Uca Allahdan rəhmətdiləyir, yaralananların tezliklə sağalmalarını arzulayırıq".