Bakı. Trend:
Qərbi Azərbaycan İcması olaraq biz Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevə 2025-ci il yanvarın 7-də yerli mətbuatorqanlarına verdiyi müsahibəsində Qərbi azərbaycanlıların sülh yoluilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıdışına verdiyidəstəyə görə təşəkkür edirik.
Trend xəbər verir ki, bu barədə QərbiAzərbaycan İcmasının yaydığı bəyanatda deyilir.
Bildirilir ki, biz həmçinin Prezident İlham Əliyevin regionalsülh və təhlükəsizlik ilə bağlı ifadə etdiyi baxışa tam dəstəyimiziifadə edirik.
"Ermənistanın siyasi dairələrində hakim olan irqi ayrı-seçkilikvə radikal millətçilik ideologiyası insan hüquqları və sülh üçün ənböyük təhdiddir. Ermənistanın birinci prezidenti LevonTer-Petrosyanın 1993-cü ildə etdiyi, “Ermənistan və Qarabağın yadmillətlərdən tamamilə təmizlənməsi”ni tarixi nailiyyət kimi təqdimedən çıxışının bu günlərdə yayılmış videoyazısı, ikinci prezidentRobertKoçaryanın beynəlxalq təşkilatıntribunasından“Azərbaycanlılar və ermənilər etnik cəhətdənuyğunsuzdurlar” kimi irqçi açıqlaması, üçüncü prezident SerjSarqsyanın və onun partiyasının faşist QareginNjdenin“Tsexakronizm” irqçi ideologiyasından ruhlanması bu dövlətinmahiyyətini əks etdirir.
Biz Prezident İlham Əliyevin Ermənistanın həyata keçirdiyikütləvi silahlanma siyasəti ilə bağlı ifadə etdiyi narahatlığı tambölüşür və Ermənistanın silahlanmaya son verməsi tələbinidəstəkləyirik. Aqressiv keçmişə malik və irqçi,revanşistideologiyaların hökm sürdüyü Ermənistan hərbi güc ilə məsuliyyətlədavrana bilmir və onun silahlanması yolverilməzdir", - bəyanatdavurğulanıb.
Qeyd edilir ki, Ermənistanın Qərbi azərbaycanlılara qarşıtörətdiyi tarixi ədalətsizlikləri tam inkar yanaşmasından çıxışetməsi siyasətinin heç bir perspektivi yoxdur:
"Biz Ermənistan hökumətindən Qərbi azərbaycanlılarındeportasiyasına görə üzr istəməyi, Qərbi Azərbaycan İcması ilədialoqa başlamağı, qayıdışa şərait yaratmağı, Azərbaycan xalqınaməxsus olan mədəni irsin dağıdılması və təhrif edilməsi siyasətinəson qoymağı, silahlanmanı dayandırmağı və üzərinə götürdüyüöhdəliklərinə uyğun olaraq kommunikasiya xətlərini açmağı tələbedirik".