Avropa İttifaqının (Aİ) Kopernik peyk izləmə sistemi 2024-cü ilin ən isti il kimi qeydə alındığını açıqlayıb.
Kopernik tərəfindən yayılan açıqlamaya görə, 2024-cü il qlobal temperatur rekordlarında ən isti il olub. Qlobal orta temperatur 15,10 dərəcə 1991-2020-ci illərin orta göstəricisindən 0,72 dərəcə, əvvəlki ən isti il olan 2023-cü ildən isə 0,12 dərəcə yüksək olub.
Beləliklə, 2024-cü il 1850-1900-cü illəri əhatə edən "sənayedən əvvəlki dövr"ün orta göstəricisini 1,5 dərəcə üstələyən ilk il oldu. 2023-cü il qeyd olunan orta göstəricini 1,48 dərəcə üstələyib. 2024-cü il iyulun 22-də 17,16 dərəcə ilə gündəlik qlobal orta temperaturun yeni rekordu qeydə alınıb. 2024-cü ilin yanvarından iyun ayına qədər hər ay əvvəlki ilin eyni ayına nisbətən daha isti olub.
Açıqlamada Kopernik İqlim Dəyişikliyi Xidmətinin direktoru Karlo Buontempo bunları açıqlayıb: “Bütün beynəlxalq səviyyədə hazırlanmış qlobal temperatur məlumatları göstərir ki, 2024-cü il qeydlərin başladığı 1850-ci ildən bəri ən isti il olub. Bəşəriyyət öz taleyinə cavabdehdir, lakin bizim iqlim probleminə necə cavab verəcəyimiz dəlillərə əsaslanmalıdır. Gələcək bizim əlimizdədir.
Tez və qətiyyətli hərəkət gələcəkdə iqlimimizin gedişatını dəyişə bilər".