Qəhvə sağlamlığa mənfi təsir göstərə bilər, lakin səhərlər içmək ürək-damar xəstəliklərinin inkişaf riskini azalda bilər...
Poliqon xəbər verir ki, bu barədə “European Heart Journal” nəşri yazıb.
Aparıcı alimlərdən biri olan Lu Qinin sözlərinə görə, alimlər ilk dəfə qəhvə içməyin sağlamlığa təsirini araşdırıblar. Mütəxəssislər təhlillər zamanı 40 min insanın qidalanmasını və həyatını tədqiq edərək belə qənaətə gəliblər ki, yalnız səhərlər qəhvə içən insanlar ürək-damar xəstəliklərindən və xərçəngin inkişafından daha az əziyyət çəkirlər. Qeyd olunur ki, içkini gün ərzində içənlər arasında belə korrelyasiya müşahidə edilməyib.
Alimlər vurğulayıblar ki, araşdırmanın nəticələrində mühüm amillər, o cümlədən genetika, xroniki xəstəliklər və qidalanma vərdişləri nəzərə alınıb.
Poliqon.info