AZ

"Leobank" insanları aldadır? - AÇIQLAMA

"Leobank" tətbiqinin "Sərmayələr" bölməsində kobud xəta müşahidə olunub. Məsələ barədə sosial şəbəkədə paylaşım edilib. Belə ki, "Leobank" tətbiqində kriptovalyutaların qiyməti yanlış göstərilib.

İstifadəçilər bildirir ki, tətbiqdə göstərilən qiymətlər real göstəricilərdən daha aşağıdır. Bəzi istifadəçilər bankın onları aldatdığını iddia edib. Real qiymətlərdən uzaq göstəricilər istifadəçilərdə narahatlıq yaradıb.

Modern.az mövzu ilə bağlı "Leobank"la əlaqə saxlayıb.

Bildirilib ki, təqbiqin "Sərmayələr" bölməsində yaranan texniki problemin aradan qaldırılması üçün iş aparılır:

“Mütəxəssislərimiz hazırda yaranan texniki problemin aradan qaldırılması istiqamətində çalışırlar. Müştərilərimizdən yaranan narahatlığa üzr istəyir, səbrli olduqları üçün təşəkkür edirik”.

1408939

Seçilən
18
modern.az

1Mənbələr