Bakı. Trend:
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Floridadakeçirdiyi mətbuat konfransında jurnalistlərdən birinin İranla bağlısualına sərt cavab verib.
Trend xəbər verirki, bu barədə "Forbes Breaking News" məlumat yayıb.
Məlumata görə, Tramp jurnalistin hakimiyyətə gəlişindən sonraABŞ-nin İranın nüvə obyektlərinə qarşı əməliyyatlar keçirməsininmümkünlüyü ilə bağlı sualına “ancaq axmaq adam buna cavab verər”deyə bildirib.
“Bu hərbi strategiyadır və mən bizim hərbi strategiyamızla bağlısuala cavab verməyəcəm. Yalnız axmaq adam belə buna cavab verər”, -deyə Tramp əlavə edib.
Qeyd edilir ki, Birləşmiş Ştatlar uzun illərdir İranın nüvəsilahları əldə etməsinə əngəl olmağa çalışır. Rəsmi Tehran uranınzəngilləşdirilməsi ilə bağlı proqramının yalnız mülki məqsədlərdaşıdığın iddia edir.
Xatırladaq ki, Donald Trampın ilk prezidentliyi dövründə ABŞ2015-ci ildə İranla bağlanmış nüvə sazişinindən birtərəfli olaraqçıxıb.