AZ

Bundesver arsenalını PULS YARS-larla gücləndirir

Almaniya parlamenti ölkənin Silahlı Qüvvələrinə (Bundesver) İsrailin “Elbit Systems” şirkətindən PULS yaylım atəşli reaktiv sistemlərin (YARS) ilk partiyasını satın almaq üçün icazə verib.

“Poliqon” “Defense News” nəşrinə istinadən xəbər verir ki, beş ədəd PULS YARS-ın alınması üçün Bundesver 65 milyon avro xərcləyəcək.

Qeyd edək ki, perspektivli PULS YARS “Elbit Systems”in müxtəlif, o cümlədən yüksək dəqiqlikli, idarə olunan reaktiv sursatlardan istifadə etmək imkanı olan 2 konteyneri yerləşdirən çoxməqsədli dəqiq universal buraxma sisteminin (Precise Universal Launching System) əsasında hazırlanıb.

PULS YARS buraxma qurğusuna aşağıda sadalan reaktiv mərmilər olan 2 konteyner yerləşdirilə bilər:

122 mm çaplı və 35 km-ə qədər uçuş mənzilli AccuLAR-122 – 18 ədəd;

160 mm çaplı və 40 km-ə qədər uçuş mənzilli AccuLAR-160 – 10 ədəd;

306 mm çaplı və 150 km-ə qədər uçuş mənzilli Extra – 4 ədəd;

370 mm çaplı və 300 km-ə qədər uçuş mənzilli Predator Hawk – 2 ədəd.

Seçilən
57
poliqon.az

1Mənbələr