AZ

"Bakı Beton Konstruksiyaları" zavodu və 26 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi bu ilin ilk hərracında "Bakı Beton Konstruksiyaları" MMC, eləcə də 26 nəqliyyat vasitəsi özəlləşdirilib.

Mia.az Dövlət Xidmətinə istinadla xəbər verir ki, əmlaklara ümumilikdə 129 sifariş qəbul olunub, bunun 29-u elektron qaydada həyata keçirilib.

Hərracda satılan əmlakların siyahısı ilə https://clck.ru/3FcemE linki vasitəsilə tanış olmaq mümkündür.

İştirak etmək istəyənlər www.emlak.gov.az və www.auksion.gov.az internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

Seçilən
44
mia.az

1Mənbələr