ABŞ prezidenti seçilən Donald Tramp Türkiyənin Suriyadakı varlığı ilə bağlı maraqlı açıqlamalar verib.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tramp Türkiyənin Suriyada böyük maraqlarının olduğunu və son 2 min ildə Suriyanı izlədiyini bildirib. O bu səbəbdən Türkiyənin ABŞ-nin Suriyada hərbi qüvvə saxlamasını istəmədiyini də deyib:
“ABŞ-nin Suriyadakı hərbi varlığı ilə bağlı şərh verə bilmərəm, çünki bu, hərbi strategiyanın bir hissəsidir. Lakin bu vəziyyət Türkiyəni narahat edir. Türkiyə 2 min ildir ki, fərqli adlar altında və müxtəlif yollarla o ölkəni (Suriyanın - red.) izləyib. Suriyada baş verənlərə baxsanız, görərsiniz ki, burada Rusiya və İran zəifləyib. O (Ərdoğan-red.) isə çox ağıllı adamdır. O öz adamlarını ora müxtəlif üsullarla və müxtəlif adlarla göndərib. Onlar (Suriyaya) daxil olub oranı ələ keçirdilər”.
Vasif
Sfera.az