Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası üzrə komissiyalarının rəhbərləri Şahin Mustafayev və Mher Qriqoryan yaxın vaxtlarda növbəti görüş keçirəcəklər.
Musavat.com xəbər verir ki, bu barədə Qriqoryanın ofisi məlumat yayıb.
"Görüş yaxın vaxtlarda baş tutacaq, dəqiq tarix hələ razılaşdırılmayıb", - ofisdən rusiyalı jurnalistlərə bildiriblər.
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, yanvarda Bakı və İrəvan arasında sərhəd danışıqlarının növbəti raundu keçiriləcək.
Şahanə Rəhimli,
Musavat.com