AZ

"Wall Street Journal": “İran qüvvələrinin əksəriyyəti Suriyanı tərk edib”

İran qüvvələrinin əksəriyyəti son bir ay ərzində Suriyanı tərk ediblər və Tehranın dəstəklədiyi yaraqlı qruplar da Əsəd rejiminin devrilməsindən sonra darmadağın edilib. Bu barədə “The Wall Street Journal” nəşri xəbər verib.  

Nəşrdə bildirilib ki, ötən illər ərzində İran Bəşar Əsəd rejiminin əsas dəstəkçisi olub və Suriyadan proksi qüvvələrinə, eləcə də Hizbullaha silah qaçaqmalçılığı üçün yol kimi yararlanıb.

“Təhrir əş-Şamın qələbəsi zamanı İran öz qüvvələrini Suriyanın şərq və qərbində yerləşdirib. Daha öncədən Hələbdə olan SEPAH üzvləri isə hər şeyi ataraq dərhal Tehrana qayıdıblar. İran qüvvələrinin Suriyadan çıxarılması Tehranın Suriyanı regional strateji mərkəz kimi istismar etmək və təsirini gücləndirmək və İslam Respublikasına müxaliflərə qarşı müharibəyə başlamaq üçün illər ərzində göstərdiyi səylərin sonu olub”, deyə, vurğulanıb.

Ülviyyə, Hurriyyet.az

Seçilən
40
1
hurriyyet.az

2Mənbələr