Yanvarın 20-də andiçmə mərasimi ilə vəzifəsinin icrasına başlayacaq ABŞ prezidenti Donald Trampın “girovları azad edin, yoxsa qiyamət qopacaq” təhdidinə Həmasdan cavab gəlib.
Medianews.az xəbər verir ki, HƏMAS Trampı daha diplomatik açıqlamalar verməyə çağırıb.
HƏMAS-ın yüksək səviyyəli rəhbərlərindən biri olan Usamə Həmdan bildirib ki, Tramp daha intizamlı və diplomatik açıqlamalar verməlidir.
“Qəzzaya qarşı təcavüzün tam dayandırılması və İsrailin işğal olunmuş ərazilərdən tamamilə çıxarılması vacibdir”,-deyə Usamə Həmdan bildirib.
Medianews.az