AZ

Suriyalı tələbə: BMU həm bilik verir, həm də yaxşı təcrübə qazandırır

Xırdalan, 8 yanvar, AZƏRTAC

Bakı Mühəndislik Universitetindəki (BMU) tələbə həyatımdan məmnunam.

AZƏRTAC xəbər verir ki, bu fikirləri BMU-da “Biznesin idarə edilməsi” ixtisası üzrə magistratura səviyyəsində təhsil alan Suriya vətəndaşı Omran Murad bildirib. BMU-nu seçməyinin səbəblərindən danışan əcnəbi tələbə universitetin geniş ərazisini, kampusunu çox bəyəndiyini deyir. Üstəlik vurğulayır ki, burada seçdiyi ixtisas üzrə dərslərin tədrisindən razıdır, çünki öz sahələrini yaxşı bilən professor-müəllim heyətindən biliklər öyrənir, həm də universitet ona yaxşı təcrübə qazandırır.

Omran Murad BMU-nun kitabxanası haqda da fikirlərini bölüşüb: “Biz dostlarımızla birlikdə burada dərslərimizə və imtahanlara hazırlaşmaq üçün müxtəlif mənbələrdən lazım olan materialları tapırıq, mövzuları bir yerdə müzakirə edə bilirik”.

O, tələbə olmağa hazırlaşan gənclərə bu sözlərlə müraciət edib: “Əgər tələbəlik illərini maraqlı keçirmək, yaxşı təhsil almaq və sonra uğurlu karyera yoluna çıxmaq istəyirsənsə, BMU-ya gəl! Çünki burada xəyalların gerçək olacaq!”

 

 

Seçilən
35
2
azertag.az

3Mənbələr