Başa düşürəm ki, Əliyevin dünənki açıqlamalarından sonra bütün düşünən insanlar fikrə getdilər. Bəziləri dərhal reaksiya verərək addımlar təklif etdilər. Amma həmkarlarıma və dostlarıma bu dəfə qısa fasilə götürməyi tövsiyə edəcəm.
Herbiand.az bildirir ki, bu barədə “Alternativ layihələr” qrupunun həmtəsisçisi, ekspert Vahe Ovannisyan öz Facebook səhifəsində yazıb.
Ovannisyan daha sonra qeyd edib:
“Qoy “hörmətlilərin” subkulturası, onlara xidmət edən sosial təbəqələr, açıq və gizli Nikolçular, guya təhsil tərəfdarları və guya mütərəqqi qərblilər müstəqil şəkildə başa düşsünlər ki, yaxın gələcəkdə onları nə təhlükə gözləyir?
Hər dəfə 15-20 nəfərin bütün cəmiyyətə, onun ayrı-ayrı təbəqələrinə izah etməyə çalışması lazım deyil ki, bu proses hara gedirvə nə etmək lazımdır?
Gəlin qəbul edək ki, səsimiz çox vaxt lazımi yerə çatmır, müəyyən mənada insanların rahat həyatına mane olur. Hər şey dövlətin məhvinə doğru gedir. Biz mübarizə üçün standart yanaşmalara yenidən baxmalıyıq.
Biz tez bir zamanda ictimai əhval-ruhiyyənin dəyişməsinə nail olmalıyıq ki, dövləti qorumaq üçün xalqdan qərar ala bilək.
Erməni cəmiyyəti müstəqil şəkildə başa düşməlidir ki, Əliyev dünən hamımızın bayramını korladı və bundan sonrakı hərəkətlərini çox aydın şəkildə ifadə etdi. Qoy cəmiyyət bu sadə düsturları özü müəyyənləşdirsin.
Qoy belə bir hakimiyyətə sahib olmağın nə qədər təhlükəli olduğunu özü başa düşsün.
“Qarabağı təslim edək, sülh içində yaşayaq” deyən təbəqə indi “Syunik və Vayotszoru təslim edək, sülh içində yaşayaq” fikrini səsləndirsin. Əliyev də məhz bunu dedi.
Bəxtiyar CƏFƏRLİ