AZ

Bakıda qadın evi talan etdi

Nizami rayonunda oğurluq və dələduzluq edənlər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nizami rayonunda yerləşən evlərin birindən oğurluq edilməsi və nəticədə zərərçəkənə ümumilikdə 6 850 manat maddi ziyan vurulması barədə polisə məlumat daxil olub.

Nizami Rayon Polis İdarəsinin (RPİ) 23-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 46 yaşlı M.Teymurova saxlanılıb.

Nizami RPİ-nin 24-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 5 695 manatını dələduzluq yolu ilə ələ keçirən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ş.Bəyəliyevin saxlanılması təmin edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Mənbə: oxu.az

Seçilən
36
oxu.az

1Mənbələr