AZ

Ötən il 16 satınalma müqaviləsi bağlayan şirkət etibarsız təchizatçı elan edildi

"Sivvor PP" şirkəti 1 il müddətinə dövlət satınalmalarında iştirak edə bilməyəcək.

Valyuta.az xəbər verir ki, şirkət etibarsız təchizatçılar siyahısına salınıb.

"Sivvor PP" şirkətinə ötən ilin dekabr ayının 25-dən qadağa qoyulub. Bu qadağa cari ilin müvafiq dövrünə qədər davam edəcək.

Qeyd edək ki, şirkət ötən il 16 satınalma müqaviləsi bağlayıb. Müqavilələr əsasən "mal-materialların satın alınması" ilə bağlı olub. Sifarişçilər arasında Lerik, Yardımlı və Suraxanı rayon icra hakimiyyətləri də var.

Hüseyn

Seçilən
14
valyuta.az

1Mənbələr