Bakı. Trend:
Hazırda rast gələn mövsümi viruslara fəsli qrip (İnflyuenza A)və digər kəskin respirator virus infeksiyaları aiddir.
Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqramhesabında canlı yayımda nazirliyin mütəxəssis-eksperti,infeksionist Təyyar Eyvazov açıqlayıb.
Onun sözlərinə görə, bu tip infeksiyalara yoluxma zamanı klinikmənzərə çox oxşardır, çünki onların törətdikləri xəstəlik zamanıəsasən tənəffüs yolları zədələnir:
“Yəni, xəstələrin əksəriyyətində ümumi əlamətlərlə (hərarətinyüksəlməsi, halsızlıq, zəiflik, iştahanın itməsi, sümük, oynaq,əzələ ağrıları və s.) ilə yanaşı, kataral əlamətlər (boğaz ağrısı,öskürək, burun axması və ya tutulması və s.) rast gəlinir. Əgəraşağı tənəffüs yolları zədələnərsə, xəstələrdə əlavə olaraq nəfəsdarlığı, təngnəfəslik, sianoz və s. kimi əlamətlər də müşahidəoluna bilər.
Bu zaman kiçik kalibrli bronxların və ya ağciyərlərin dəzədələnməsini göstərir. Əlamətlər o qədər oxşardır ki, laboratortəsdiq olmadan hansı infeksiyanın baş verdiyini dəqiq deyəbilmərik. Qeyd etmək istərdim ki, bəzən eyni cür seyr edilənxəstəlikləri olan şəxslərdə müxtəlif törədicilər aşkar olunur.Lakin bu infeksiyalar bir-birindən müəyyən qədər fərqlənə dəbilər.
Fərqləndirici əlamətlər əsasən onların xarakterik gedişxüsusiyyətləridir, yəni ayrı-ayrı viruslarla xəstələnmə zamanıonlara xas olan tənəffüs yollarının hansı səviyyədə (yəni, yuxarıvə ya aşağı) zədələnməsinin baş verməsi, inkişaf edə biləcəkspesifik fəsadlar və bu fəsadların yaranma tezliyidir. Məsələn,qrip infeksiyası zamanı daha çox toksik-sirkulyator pozğunluqlar,güclü baş ağrıları, yüksək hərarət, bununla yanaşı mülayim kataraləlamətlər və traxeyanın, iri bronxların zədələnməsi daha çox rastgəlinir, burun və udlağın selikli qişası quru olur, üz şişir,qızarır, boğaz ağrısı, davamlı quru öskürək baş verir.
Bu zaman çox vaxt burun axması ya olmur, ya da çox az miqdardabaş verir. Əksinə, adenovirus infeksiyası zamanı ağız və udlağınselikli qışasının daha çox şişməsinə, limfa düyünlərininböyüməsinə, faringitə, badamcıqların böyüməsi və ödəmləşməsinə,gözün selikli qışasının əksərən bir tərəfdə iltihablaşmasına,burundan çoxlu miqdarda selikli ifrazatın olmasına, qaraciyər vədalağın böyüməsinə, hətta bəzi xəstələrdə ishalın baş verməsinərast gəlirik”.
Mütəxəssis-ekspert vurğulayıb ki, respirator sinsitial infeksiya(RSV) zamanı ən parlaq əlamətlər əsasən uşaqlarda və ahıl şəxslərdərast gəlinir:
"Ümumi əlamətlər az ifadəli olsa da, bronxit və bronxiolit erkəninkişaf edir. Bu zaman xəstədə tənəffüsün çətinləşməsi, boğulmahissi, quru, tutma şəkilli öskürəyə rast gəlinir. Qrip zamanıdigərləri ilə müqayisədə daha çox pnevmoniya baş verir, bəzənmeningit və ya meninqoensefalit kimi mərkəzi sinir sisteminin ağırzədələnmələri inkişaf edir. Digər respirator virus infeksiyalarınınfəsadlaşması daha az halda baş verir və əsasən immundefisitlixəstələrdə rast gəlir”.